Jirinovski: Türkiyə ilə aviaəlaqələri dərhal dayandırmalıyıq

0
40

VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.


Türkiyə ilə aviaəlaqələri təcili şəkildə dayandırmaq lazımdır. Ən azı orada yoluxma sayı azalana kimi…

“Əgər bu edilməzsə, o zaman Türkiyədən qayıdan turistlər infeksiya gətirəcəklər və Rusiyada yenidən artıma səbəb olacaq. Bu, hökumət üçün böyük məğlubiyyət olacaq”, – deyə partiya rəhbəri bildirib.

Qeyd edək ki, qardaş ölkə – Türkiyədə koronavirusa yoluxmada kəskin artım müşahidə olunur.