İranda zəlzələ baş verib

0
16

İranın cənub bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

VOICEPRESS-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.