Böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm – Altun

10 Aprel, 19:58

 

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu:

“Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”.