Afinadan Türkiyəyə qarşı növbəti təxribat

0
16

Yeni dövrdə xarici qüvvələr və muzdlu əsgərlər kimi yüklərdən qurtulması Liviya üçün önəmlidir.

VOİCEPRESS xəbər verir ki, bunu Yunanıstan hökumətinin sözçüsü Aristotelia Peloni Baş nazir Kiriakos Miçotakis və XİN rəhbəri Nikos Denidiasın Liviya səfərini dəyərləndirərkən deyib.

“Eyni zamanda, əsassız və beynəlxalq hüquqa zidd mətnlərdən qurtulmaq da vacibdir. Yunanıstan istər ikitərəfli, istərsə də Avropa çərçivəsində Liviya və liviyalılara hər cür dəstək verməyə hazırdır”, – Peloni vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Liviya hökuməti ilə imzaladığı dəniz sərhədləri ilə bağlı anlaşma Yunanıstanın bölgədə təsirini xeyli azaldıb. Rəsmi Afina hər cür yolla sözügedən qanuni anlaşmaya əngəl olmaq istəyir.