Əsli Kazımova: “Paşinyan “Böyük Ermənistan” fikrinin cəfəngiyat olduğunu öz imzası ilə təsdiq etdi”

0
176

“Cənab Prezidentin hər bir çıxışı  faktlara əsaslanan mesajlardan ibarətdir”. Bunu VOİCEPRESS açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Prezident İlham Əliyevin  ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı çıxışı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün etiraf etmək gərəkir ki, Cənab İlham Əliyev elə bir diplomtiya nümayiş etdirdi ki, nəinki Ermənistan, hətta Dağlıq Qarabağda status-kvonun saxlanmasında maraqlı olan böyük dövlətlər belə bu siyasi manevrin şokunu hələ də atlata bilməyiblər: “Bu bir faktdı. Bunu ermənilərin özləri etiraf edir. Azərbaycan  44 günlük müharibədə ordudakı gücünü göstərmədi, ən az ordunun gücü qədər effektiv olan Cənab Prezidentin yürütdüyü diplomatiya idi. Hər addımı ilə istər

Döyüş meydanında, istər diplomatik sferada düşməni mat etməyi bacardı. Bunu biz demirik, xarici dövlətlərin ekspertləri, mütəxəssisləri, siyasətçiləri deyir. Bir çoxları, bizi içimizdən gəmirən qurdlar, Rusiya sülhməramlılarının Qarabağda olmasını əsas gətirərək, bunu tam qələbə hesab etmədiyini vurğulayır. Erməni nə qədər məkirli siyasət yürütsə də, məğlub olduğu döyüşdə Azərbaycanın gücünü etiraf edir, amma bəzi daxili siyasi dairələr bunu Rusiyanın ünvanına yazaraq, Azərbaycanın qələbəsinə kölgə salacaq qədər vətən xaini olduqlarını unutmamalıdır.

Ötən gün Ermənistanın eks prezidenti Robert Köçəryan və Ermənistanın tanınmış şaxmatçısı Kasparov müsahibələrində Azərbaycan qələbəsi ilə bağlı hələdə şokda olduqlarını etiraf etdilər. Azərbaycanın regionda İran və Rusiya olmaqla status kvonun qorunub saxlanmasında maraqlı olan bir sıra Qərb ölkələrinin gözü qarşısında hüquq çərçivəsində öz maraqlarını müdafiə etməyə müvəffəq olması erməniləri mat məhtəl qoyub. Onlar bunu etiraf edirlər. Azərbaycanın diplomatik həmlələrini öncədən proqnoz etməyin belə mümkünsüz olduğunu bildirilər.

Digər tərəfdən Azərbaycan illərdir ermənilərin bütün güclərini qorub fəaliyyəti üçün dəridən-qabıqdan çıxdıqları “güclü erməni diasporası” təxəyyülünü belə alt-üst etdi. Azərbaycan sadəcə torpaqlarını geri qaytarmadı. Azərbaycan mədəniyyətini geri adı. Azərbaycan illərdir fəaliyyət göstərən yalan erməni təbliğatlarını ifşa etdi. Azərbaycan ermənilərin “böyük Ermənistan” fikrinin cəfəngiyat olmasını ermənilərin özlərinə anlata bildi. Paşinyanın kapitulyasiyaya getməsi özü özlüyündə rəsmi İrəvanın “Böyük Ermənistan” fikrinin cəfəngiyat olmasının isbatı kimi qəbul edilməlidir!”