Türkiyə XİN Ərəb Birliyinə etiraz etdi

0
8

Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurası iclasında ölkəmiz ilə əlaqəli qəbul edilən əsassız qərarları rədd edirik.

Türkiyə Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib.

VOİCEPRESS  xəbər verir ki, Nazirliyin şərhində: “3 Mart 2021-ci il tarixində keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurası iclasında ölkəmiz ilə əlaqəli qəbul edilən əsassız qərarları rədd edirik”.

Qəbul edilən qərarların ərəb xalqları yanında dəyərli olmadığına diqqət çəkilən açıqlamada: “Ərəb Birliyi üzvləri yaxşı bilirlər ki, Ərəb Birliyi ölkələrinin destruktiv fəaliyyətlərini ört-basdır etmək üçün ölkəmizə qarşı davam etdirməkdən imtina etmədikləri ittihamları dost və qardaş ərəb xalqları nəzdində etibar görməyəcək.”, -deyə qeyd edilir.

Bəzi üzvlərin qəbul edilmiş qərarlara etiraz etdikləri ifadə edilən şərhdə: “ Birliyə üzv bəzi ölkələrin şəffaf danışıq prosesi aparmadan müxtəlif dairələrin təlqinləri nəticəsində qəbul edilən bu cür qərarlara müsbət yanaşmadıqları müşahidə olsa da, bəziləri də Türkiyənin prinsipial və qətiyyətli mövqeyi ilə yerləşdiyi bölgədə və dünyada təhlükəsizlik, sülh və sabitliyin qorunması uğrunda ən çox səy göstərən və vacib prioritetləri arasında ərəb ölkələrinin suverenliyi və ərazi bütövlüyünün qorunması olduğunu gözdən yayındırırlar. Bu ölkələri ölkəmizi əsassız ittihamlarla hədəf almaq əvəzinə Ərəb xalqının dincliyinə, sülh mühitində yaşamağına, rifahına üstünlük verməyə, bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olmasına konstruktiv töhfə verməyə dəvət edirik”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.