Türkiyə İstanbul Konvensiyasından niyə çıxdı? – Oqtay

0
8

Türk qadınının cəmiyyətdəki etibar və hörmətini layiq olduğu səviyyələrə çatdırmaq uğrunda apardığımız səmimi mübarizəni ənənəvi ictimai bağlarımızı da mühafizə edərək daha da irəliyə aparmaq əzmindəyik.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay Türkiyənin “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından (İstanbul Konvensiyası) çıxmasını şərh edərkən deyib.

“Bu ülvi məqsəd üçün çarəni çöllərdə axtarmağa, başqalarını təqlid etməyə ehtiyac yoxdur. Həll yolu adət-ənənələrimizdə və özümüzdə mövcuddur”, – F.Oqtay bildirib.

Qeyd edək ki, Türkiyə ötən gün İstanbul Konvensiyasından çıxıb. Bunun əsas səbəbi isə “toplumsal cinsiyyət eşitliyi” (Konvensiyanın 4-cü maddəsindəki 3 bənd, cəmiyyətdəki bütün sosial qruplar, o cümlədən LGBT üzvlərinin haqlarının müdafiəsi) bəndinin ölkədə birmənalı qarşılanmamasıdır.