Qazaxıstanın Nur Sultan-Almatı istiqamətində uçan An-26 təyyarəsi qəzaya uğrayıb.
VOICEPRESS xəbər verir ki, yerli vaxtla saat 17:22-də radarlardan itdiyi bildirilən təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya düşdüyü bildirilir.
Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub.
***
Qazaxıstan Prezidenti Tokayev Almatı hava limanı yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbinin araşdırılması ilə bağlı göstəriş verib.
Bu barədə Tokayev özü Tvitterdə məlumat yayıb.
O qeyd edib ki, faciənin səbəblərinin aydınlaşdırılması üzrə iş başlayıb.
“Bu cür hadisələr təkrarlanmamalıdır”, – dövlət başçısı qeyd edib.