İraqda bir ilk: Papanın səfəri ilə bağlı 6 mart özəl gün oldu

0
72

İraqda Roma Papası Fransiskin səfəri ilə əlaqədar martın 6-sı Milli Tolerantlıq və Birgə Yaşam Günü elan edilib.

VOİCEPRESS xəbər verir ki, bu barədə İraq Baş naziri Mustafa Kazımi Tvitter hesabında məlumat yayıb.

Kazımi Papanın İraq şiələrinin lideri Əli Sistani ilə tarixi və qədim Ur şəhərində dinlərarası görüşü ilə əlaqədar belə bir qərar verildiyini bəyan edib.