Ankara-Qahirə yaxınlaşmasında Rusiya modeli…

7 Mart, 02:26

Ərəb mediası Türkiyə-Misir münasibətlərinin normallaşma ehtimalından yazıb.

VOİCEPRESS xəbər verir ki, Ankara və Qahirə arasındakı diplomatik münasibətlərin Türkiyə-Rusiya modeli ola biləcəyi ehtimal edilir.

“Fərqli mövqelərdə olmaqlarına baxmayaraq, Ankara və Moskva Suriya, Cənubi Qafqaz və Şimali Afrika ilə bağlı razılığa gələ bildilər. Bu baxımdan Türkiyə Misirlə də razılığa gələ bilər. Yaxın gələcəkdə Ankara ilə Qahirə arasında tam sülh əldə olunmasa da, müsbət bir addım atmaqla münasibətlərin yumşalması mümkün görünür. Belə bir proseslərin baş verməsi hər iki ölkənin bölgədə bir-birilərinin mənfəətlərinə ziyan verməsinin qarşısını alar”, – məlumatda bildirilib.