Türkiyədə koronadan ölənlərin sayı 28 mini keçdi

0
32

Türkiyədə son sutka ərzində daha 77 nəfər koronavirusdan ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 28 min 60 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 2 milyon 638 mindən çox insan koronavirusa yoluxub.