Türk qüvvələrindən sarsıdıcı zərbə – Hərbi mövqelər darmadağın edildi

0
56

Türkiyənin 10 fərqli bölgəsində həyata keçirilən “Ərən Əməliyyatları” çərçivəsində PKK terror təşkilatının qış bazaları məhv edilib və maddi-texniki bazalarına ağır zərbələr endirilib.

VOİCEPRESS  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar jandarma, polis və təhlükəsizlik strukturları ilə koordinasiyalı şəkildə keçirilir.

85 mağara, sığınacaq və anbarın məhv edildiyi əməliyyatlarda çox sayda silah-sursat, təşkilati sənədlər və 439 kq narkotik aşkarlanıb.

Əməliyyatların Tendürek, Lice, Ağrı dağı, Karlıova-Varto, Baqok, Mergelo, Mercan-Munzur, Amanoslar, Kazan Vadisi və Qabar daxil olmaqla 10 fərqli bölgədə davam edir.