Tehrana xəbərdarlıq: “İran odla oynayır” – Yeni gərginlik

0
40

Almaniyanın xarici işlər naziri Hayko Mass rəsmi Tehrana ölkəsinin nüvə müqaviləsinə edilən düzəlişlərin icrasını dayandıracağına dair xəbərdarlıq edib.

VOİCEPRESS xəbər verir ki, ölkənin baş diplomatı İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını bildirib.

Onun sözlərinə görə, İranın bundan imtina etməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) dürüst əməkdaşlıq etməməsi, ABŞ-ın nüvə sazişinə qayıdışını sual altında qoyur və daha da çətinləşdirir.

Mass qeyd edib ki, hazırda İranla müzakirələr həddən artıq mürəkkəbləşib:

“Bunun da səbəbi odur ki, İran aşkar şəkildə nəinki mövcud gərginliyi aradan qaldırmaq niyyətində deyil, əksinə, mövcud gərginliyi daha da şiddətləndirir. Bu isə sadəcə olaraq odla oynamaq deməkdir”.