Rusiya bunu dünyadan GİZLƏDİB: İki ay öncə…

0
64

Rusiyanın cənubundakı quşçuluq fabrikində 7 nəfərdə A (H5N8) quş qripi aşkar olunub.

VOİCEPRESS TASS-a istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova şənbə günü keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, “Vektor” Mərkəzinin alimləri bu növ quş qripinin genetik materialını Rusiya Federasiyasının cənubundakı quşçuluq fabrikində çalışan 7 nəfərdə 2020-ci ilin dekabrında aşkarlayıblar. Həmin şəxslər təcrid olunublar:

“Bu, dünyada A (H5N8) quş qripi virusuna yoluxma halının dünyada təsdiqlənmiş ilk hadisəsidir”.

Onun sözlərinə görə, insanları və heyvanları qorumaq üçün bütün tədbirlər qısa müddətdə həyata keçirilib, bütün risklər minimuma endirilib və bu vəziyyət daha da inkişaf etməyib:

“Yeddi nəfərin hamısı özlərini yaxşı hiss edirlər. Klinik gedişat çox mülayim idi. Eyni zamanda alimlərimiz insan bədənindəki dəyişiklikləri və bu virusla qarşılaşarkən immunitetin reaksiyasını görə bildilər. Yeddi işçinin hər biri fabrikdə işləyirlər. Xəstəlik kifayət qədər tez bitdi”.