Prezidentdən gözlənilməz qərar: Parlament buraxıldı

0
16

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Milli Məclisinin (ölkə parlamentinin aşağı palatası) buraxılması haqqında fərman imzalayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə “Algeria Press Servis” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə növbədənkənar parlament seçkiləri təşkil olunacaq.

Qeyd edək ki, seçkilər maksimum üç ay ərzində keçirilməlidir.