Nikol “arsax ordusu”nu dağıdır – Minasyan

0
112

Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan keçmiş və qondarma “dqr” “ordusu”nu dağıtmağa razılıq verib.

VOİCEPRESS xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq president Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

Hələ də qondarma “arsax” ideyasından əl çəkməyən və siyasi düşmənini hər vasitə ilə vurmağa çalışan Minasyan daha sonra davam edib:

“Onun əvəzinə formal “arsax milisi”, “qvardiyası” və yaxud “daxili polis qoşunu” olacaq, heç bir əhəmiyyəti yoxdur. Fakt budur ki, “arsax”ın “qalan hissəsi” artıq təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməyəcək. Artıq “arsax ordusu” olmayacaq və buna cavabdeh yalnız missiyasını sona çatdıran Nikol Paşinyandır”.

Qeyd edək ki, erməni yaraqlılarının Azərbaycan ərazisindən rədd olması 10 noyabr bəyanatında əksini tapıb. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi həm də bu prosesə nəzarət edəcək. Əks halda isə Azərbaycanın yaz aylarında antiterror əməliyyatına başlayacağı istisna edilmir.