Mühüm toplantı sona çatdı: Ərdoğan xoş xəbəri verdi

0
24

Səhiyyə Nazirliyi tərəfindən təyin olunan meyarlara uyğun olaraq, karantin rejimi mart ayından 4 mərhələ üzrə yumşaldılacaq.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Türkiyə lideri Ərdoğan hökumətin iclasından sonra mediaya açıqlamasında deyib.

Fermerlərə böyük dəstək veriləcəyini qeyd edən Ərdoğan restoran və kafe sahibləri üçün də yaxın vaxtda yol xəritəsinin elan olunacağını bildirib:

“Epidemiyanın gedişatını dünya, ölkəmiz və şəhərlərimiz əsasında yenidən qiymətləndirdik. Bəzi şəhərlərdə çətinliklərin hələ də ciddi səviyyədə olduğunu gördük”.