Milli Məclisdə azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı iclas keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, fevralın 10-da keçiriləcək iclasda işğaldan azad olunmuş ərazilərdəki ekoloji vəziyyət, həmin ərazilərin inkişafı və görüləcək işlər müzakirə ediləcək.
İclas parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutacaq.