Heç kimdən icazə almayacağıq… – Ərdoğan

0
40

Coğrafiyamızda minillik mövcudluğumuzun bizə yüklədiyi qardaşlıq, dostluq vəzifələrimizi yerinə yetirmək üçün heç kimdən icazə almayacağıq.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin həyata keçirdiyi terrorla mübarizə həm haqqımız, həm də insani vəzifəmizdir. Terrorla mübarizə əməliyyatlarımız qanunidir və kimsədən icazə almırıq. Bütün sərhədlərimizi təhlükəsiz hala gətirənədək durmayacağıq”, – Ərdoğan bildirib.