Belçikanın paytaxtı Brüsseldə naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib.
VOİCEPRESS xəbər verir ki, hadisə “Qərb vağzalı” metrostansiyası ərazisində baş verib.
Məlumata görə, 5 nəfər bu hücumda xəsarət alıb.
Hadisəni törədən şəxs zərərsizləşdirilib. Ətraflı məlumat verilmir.