Ağdərədə ermənilər bir-birini bıçaqladı: ölən var

0
32

Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.

VOICEPRESS xəbər verir ki, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.