Əsli Kazımova: “Xocalıya Ədalət kampaniyası öz tövhəsini verir…”

0
152

“İllər əvvəl Heydər Əliyev Fonunun vitse-prezidenti, xanım Leyla Əliyeva tərəfindən başladılan Xocalıya Ədalət kampaniyası öz tövhəsini verməyə davam edir”. Bunu mətbuata açılqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Xocalı soyqrımı ilə bağlı Azərbaycanın haqq səsini bütün dünyaya məhz Xocalıya Ədalət kampaniyası çatdırmağa müvəffəq olmuşdur: “Hesab edirəm ki, Azərbaycanın torpaqlarını geri qaytarmaqla qazandığı zəfərdə də, Xocalıya ədalət kampaniyasının böyük payı var.

Çünki dünya birliyi nə qədər ikili standartlar sərgiləsə də, məhz Xocalıya ədalət kampaniyasının güclü, inadkar və ardıcıl şəkildə həyata keçirdiyi layihələr dünya birliyinin ikili standartlar kimi qərəzli iradələrinə qalib gəlməyi bacardı deyə bilərik. Bu gün əminliklə deyə bilərik ki, Xocalıya Ədalət kampaniyası, illərdir yalan və böhtan istehsal edən erməni diasporasının bütün səylərini boşa çıxararaq, zəfər qazanmağa doğru gedir.

İnanıram ki, yaxın zamanda bütün dünya birliyi Xocalıya Ədalət kampaniyasının başlatdığı aydınlatma layihələri çərçivəsində haqqın və  ədalətin, səsini duyacaqlar. Biz də,  siyasi partiya olaraq, dünya birliyinin ikili standartlardan əl çəkinməyə səsləyəcək bəyanat yayımladıq. Ümid varam, beynəlxalq təşkilatlar, çox zaman “iqnor” edərək, səssizliyi qoruyaraq, gözardı etdikləri erməni vandalizmini bu dəfə görmək məcburiyyətindədirlər.  Xocalı soyqrımının törədənlər ədalət naminə  cəzalarını çəkməlidirlər! Bunu Beynəlxalq Hüquq, Cenevrə Konvensiyası, BMT-nin Təhlüksizlik şurasına əsasən  tələb edilməlidir!”

 

Ü. Fərmanqızı