Əsli Kazımova: “Erməni yıxır, dağıdır, Azərbaycan bərpa edir, təmir edir, əminamanlıq yaradır…”

0
112

“Horadiz-Zəngilan-Ağbənd dəmir yolu Azərbaycana həm strateji, həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaq”

“Horadiz-Ağbənd dəmir yolu xətti strateji əhəmiyyətə malik bir yoldur”. Bunu VOICEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti  Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq: “Cənab Prezidentin uzaqgörən siyasəti sayəsində Horadiz-Ağbənd dəmir yolu nəqliyyatı eyni zamanda Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranması deməkdir. Cənab Prezidentin də  qeyd etdiyi kimi Horadiz-Zəngilan-Ağbənd dəmir yolu ilk növbədə  azad edilmiş torpaqlara həm vətəndaşların gedib-gəlməsi üçün, həm də yüklərin daşınması üçün olduqca önəmli bir layihədir. Həmin dəmiryolunun həm də Naxçivana getməsi isə olduqca prespektivli bir addımdır. Çünki noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası isə birmənalı olaraq Naxçivan dəhlizinin yaradılmasında olduqca gərəkli olacaqdır. Nətiə etibarilə həm Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, həm Naxçivan dəhlizi ilə Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçivan Muxtar Respublikasına  nəqliyyat istisnası olmadan gediş-gəlişi tənzimləməyə nail olacaq. Bu isə Azərbaycana həm strateji, həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaq.

Ümumiyyətlə qeyd etməliyəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması hər tərəfdən  müstəsna əhəmiyyətə malikdir. Xüsusən hazırda Azərbaycan dövlətinin  işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməsi, birmənalı olaraq həm müharibədən tam qələbə  ilə çıxmağımızı göstərdiyi kimi, ölkəmizin əsaslı və köklü dövlət strategiyasından xəbər verir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası özü özlüyündə baxın, nə qədər strateji əhəmiyyət daşıyır.

Xüsusilə təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyinə dəlalət edir. Cənab Prezidentin də  qeyd etdiyi kimi, artıq Zəngilanda  birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılmışdır. Bu dünya ictimaiyyətinə də bir mesajdır əslində. Erməni yıxır, dağıdır, Azərbaycan bərpa edir, təmir edir, əminamanlıq yaradır… Beynəlxalq ictimaiyyət bu amili görməlidir, bu fərqi görməlidir… Bəli, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra, öz coğrafi ərazilərinin bərpasına başlayıb. Amma bu coğrafi ərazilər baxın nə qədər beynəlxalq maraqları biləşdirə biləcək strateji əhəmiyyətə malikdir. Cənab Prezident bu maraqları sülh, barış, əminamanlıq və sabitliyin təminatı çərçivəsində birləşdirməyi bacarır. Bunu isə birmənalı olaraq, Cənab Prezidentimizin diplomatik zəfəri kimi dəyərləndirmək mümkündür”.