Xalq artistinin Prezidentin ad gününə həsr etdiyi klip – Video

0
40

Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib.

VOICEPRESS xəbər verir ki, müğənni sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus olan mahnını Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

“Vətən oğlu” klipi xalq artistinin rəsmi Yutub kanalında yerləşdirilib.