Türkiyənin elektromobilinin qiyməti açıqlandı

0
24

Türkiyənin ilk elektromobili TOGG-un təxmini qiyməti bəlli olub.

VOICEPRESS xəbər verir ki, TOGG şirkətinin icraçı direktoru Gürcan Qaraqaş avtomobilin ilkin qiymətinin təqribən 200-240 min türk lirəsi (təqribən 54800 manat) civarında olacağını bildirib.

Qaraqaş bildirib ki, qlobal bazara çıxış səbəbi ilə qiymətdə bir az da endirim ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, TOGG elektromobili 2022-ci ildə satışa çıxarılacaq.