TAP Azərbaycanın iqtisadi rifahına töhfə verəcək

0
24

Transadriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi Azərbaycan üçün böyük bir addımdır, çünki bu layihə illik gəlir gətirəcək və ölkənin iqtisadi təhlükəsizliyinə və rifahına töhfə verəcəkdir.

VOICEPRESS xəbər verir ki, Atlantika Şurasının böyük elmi işçisi və “International Market Analysis Ltd”nin təsisçisi Ariel Koen deyib.

Koenin qeyd etdiyi kimi, TAP Xəzər qazını Azərbaycandan Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdıracaq və beləliklə Avropa üçün təbii qaz mənbələrini şaxələndirəcək:

“Hesab edirəm ki, bu layihənin strateji hədəfi əlavə kompressor stansiyalarının quraşdırılması və qaz tədarükünü ildə mövcud 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq olacaq”.

Qeyd edək ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Transadriatik qaz kəməri ilə Avropaya tədarükü başlayıb.

Tarixdə ilk dəfə olaraq Azərbaycan təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağı bacardı. 15 oyabr tarixində TAP-ın italyan qaz paylama şəbəkəsinə uğurla qoşulmasının ardından təbii qaz bu gün SNAM Rete Gas (SRG) vasitəsi ilə Melendunyodan İtaliyaya və DESFA vasitəsi ilə Nea Mesimvriadan Yunanıstan və Bolqarıstana nəql edildi.

Bununla dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirdi.