Təbii qaza tələbatın artacağı proqnozu verildi

0
48

2021-ci ildə qlobal təbii qaz tələbatının artacağı gözlənilir.

VOİCEPRESS  xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.

Agentliyin proqnozuna görə, cari ildə qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qaz tələbatında cari ildə 2,8 faiz artım gözlənilsə də, iqtisadi artımla bağlı qeyri-müəyyənliklər səbəbindən təbii qaz bazarı hələ də kövrəkdir.

Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Gözlənilən tələbat artımı 2009-cu il maliyyə böhranından sonra 2010-cu ildə yaşanan 7,5 faizlik artımdan xeyli aşağıdadır.

Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır.