ŞƏHİDİMİZİ DOĞUM GÜNÜNDE YAD ETDİK!

0
184

ASRP sədrindən gözəl təklif: “Şəhid anaları “Qəhrəman ana” ordeni ilə təltif edilməlidir”

Başımız sağ olsun! Qarabağ zəfərini bizə yaşadan şəhidlərimizdən biri İmişli rayon Şahverdili kəndi sakini Bayramov Elnur Şəmsi oğlu Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Şəhid anası bu gün xalqına zəfər bəxş etmək üçün canından keçən oğlunun doğum gününü, onun məzarı başında keçirdi. Ürək dağlayan bir həyat hekayəsidir.

“Bu itkini ən çox qəlbi ilə hiss edən şəhid anası da, ürəyi parçalansa belə, “Vətən sağ olsun!” deyirsə, hesab edirəm, şəhid anaları “Qəhrəman qadın” ordeni ilə təltif edilməlidir ən azından”, bu sözləri şəhid Bayramov Elnurun doğum günündə şəhid anasını yalnız qoymayan Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova qürur duyulacaq bir Azərbaycan əsgərinin xatirəsini yad edib. Göz yaşları ilə oğlunun şad gününü arzu edən bir şəhid anasının ürəyindəki ağrıya təsəlli olmağa çalışan ASRP sədri, Əsli Kazımova bu görüşdən çox təsirləndiyini vurğuladı: “Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm. Hər birinizin ağrısını inanın ki, dərindən hiss edirəm. Siz yalnız deyilsiniz. Şəhidlərimiz inanın ki, bizim də oğullarımız, qardaşlarımızdır. Ən az sizin qədər biz də, kövrəlir, üzülür və eyni zamanda canı, qanı bahasına torpağını işğaldan qurtaran şəhid Elnur kimi övladlarımızın olmasından dolayı qürur hissi duyuruq.

Hesab edirəm ki, gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, – deyə bilirsə, bu Vətəni uğrunda canından keçməsi gərəkdiyini ona öyrədən qəhrəman ananın var olmasından irəli gəldiyini göstərir. Hər bir şəhid anası, topaqlarımız uğrunda canından keçən əsgərlərimizin bizə əmanətidir. Hər bir əsgər qazandığı müvəffəqiyyətlə ilk anasını sevindirmək istər. Bu nöqteyi nəzərdən, hesab edirəm, başda şəhid Elnur Bayramov olmaqla, digər şəhid övladlarımızın da, anasını bizlər sevindirməliyik! Bu bizim borcumuzdur. Bu təşəbbüsün digər partiyalar tərəfindən də, dəstəklənəcəğinə ümid edirəm. Qarabağ döyüşləri bizə həmrəyliyi öyrətdi, şəhidlərimizə gərəkli qiyməti verməyi öyrətdi, əsgərlərimizin bizim üçün nə qədər qiymətli olduğunu öyrətdi. Bu gün Elnurun xatirəsinə İmişlidə Bulağın açılışı oldu. Təəsüf ki su qədər ömrün olmadı Elnur, ama bizə zəfəri yaşadıb su qədər ömürlər bəxş etməyə müvəffəq oldun.

Qəhrəman bir Azərbaycan qadının şəhid oğlu Allah rəhmət etsin! Nur içində yat! Vətən və Xalq səninlə sözün əsil mənasında qürur duyur! Anan bizə əmanətdir. Gözün arxada qalmasın! Dövlət rəhbərimizin qayğısı hər zaman üzərimizdədir!”

Ü.Fərmanqızı/VOİCEPRESS