Rusiya elektron pasporta keçir

0
32

Rusiya vətəndaşının elektron pasportu pilot layihə olaraq paytaxt Moskvada 2021-ci ilin 1 dekabrına kimi tətbiq edilə bilər.

VOİCEPRESS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu müddət ərzində həm hüquqi, həm də texniki xarakterli hazırlıq işləri həllini tapmalıdır.

Belə ki, elektron pasport vətəndaşı təsdiqlənmiş elektron imza və dövlət və ticarət xidmətlərinin açarı olacaq mobil tətbiqlə təmin edəcək.

“Bu pasport daha yüksək təhlükəsizlik dərəcəsi, praktikliyi, aşınmaya davamlılığı ilə fərqlənəcək. İtirildiyi təqdirdə dərhal bloklanması mümkün olacaq”, – deyə bildirilib.