Prezident Vidadi Muradovu işdən azad etdi

0
32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vidadi Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS sərəncamın mətnini təqdim edir:

“Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.