Paşinyanın Moskvada narazılığı: 2 məsələ və cavabı…

0
40

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi. Təəssüflə dedi ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır…

VOİCEPRESS xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin Moskvada səsləndirdiyi etirazlar haqda danışarkən qeyd edib.

Politoloq bildirib ki, Paşinyanın bu etirazının səbəbi Ermənistanın daxili auditoriyasıdır:

“Əvvəla, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi, Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər.

Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.