Növbəti panika: Xankəndi ətrafında atışma səsləri eşidildi

0
16

Xankəndi ətrafında atışma səslərinin eşidildiyi barədə növbəti dəfə məlumat yayılıb.

VOICEPRESS xəbər verir ki, bu dəfə informasiyanı “Ria Novosti” də tirajlayıb.

Məsələ ilə bağlı Rusiya sülhməramlı kontingentindən açıqlama verilməyib.

Qeyd edək ki, ötən gün də Xankəndidə atışma eşidildiyi barədə məlumat yayılmışdı. Daha sonra bəlli oldu ki, Xankəndi sakini olan bir neçə sərxoş havaya avtomat silahlardan atəş açıb. Bu gün onların saxlanıldığı da açıqlandı.

Ümumiyyətlə isə Xankəndi və rus sülhməramlılarının nəzarəti altında olan digər Azərbaycan ərazilərindəki ermənilərdə niyə indiyə qədər silah olduğu və yaxud silahlı erməni dəstələrinin orada niyə indiyə qədər qalması barədə açıqlama verilməyib. Halbuki 10 noyabr Bəyanatına əsasən, rus sülhməramlılarının yerləşməsi ilə erməni ordusu və silahlıları Azərbaycan ərazisini tərk etməli idi.