Nazarbayevin partiyası qalib gəlir

0
24

Qazaxıstanın hakim partiyası “Nur Otan” 71,97 faiz səslə parlament seçkilərində qalib gəlir.

VOİCEPRESS xəbər verir ki, bu barədə “İctimai Fikir” Təhqiqatlar İnstitutunun eksit-poll nəticəsində deyilir.

Nəticələrə əsasən, ikinci yerdə Ak Jol Demokratik (10,18 faiz səslə) partiyası, üçüncü yerdə Qazaxıstan Xalq Partiyası (9,03 faiz səs) qərarlaşıb.

Sonrakı yerləri bölüşən “Aul” (5,75 faiz) və “Adal” (3,07 faiz) partiyaları 7 faizlik bayeri keçə bilməyib.

Qeyd edək ki, Qazaxıstanda bu gün parlament seçkiləri keçirilib.