Navalnının evində axtarış aparıldı

0
16

Rusiya polisi müxalif bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnının yaşadığı evdə axtarış aparıb.

VOİCEPRESS  xəbər verir ki, axtarışa əsas kimi sanitar-epidemioloji tələblərə zidd olaraq keçirilən razılaşdırılmamış aksiyalar göstərilib.

Həmçinin Navalnının mətbuat katibi Kira Yarmış da polis tərəfindən dindirilib.

Hazırda Navalnının vəkilləri məsələ ilə bağlı protokol hazırlayır.

Qeyd edək ki, 23 yanvarda Rusiyanın bir sıra iri şəhərlərində Navalnı tərəfdarlarının çağırışı ilə kütləvi aksiyalar keçirilmişdi.