Moskvadan Bakıya aviareyslər təxirə salındı

0
32

Rusiyanın “Aeroflot” aviaşirkəti bəzi beynəlxalq uçuşları 30 aprelə qədər təxirə salıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumatda bildirilib ki, koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar beynəlxalq uçuşların uçuş proqramında dəyişikliklər edilib. Belə ki, Moskvadan Bakı, Afina, Amsterdam, İrəvan, Frankfurt, Vaşinqton, Varşava, Brüssel, Roma, Tehran və digər şəhərlərə reyslər təxirə salınıb.