Milyonlarla insan Vatsapdan imtina etdi – “Şəxsi məlumatlar ötürülür” – Təhlükə !

0
32
“Şirkət rəhbərliyi birmənalı şəkildə öz kommersiya maraqlarına uyğun olaraq qayda-qanunlar müəyyən edir”
“Bunun  da nəticəsində milyonlarla insan digər sosial şəbəkələrə üstünlük verdilər”
“Ölkə rəhbərlərinin, tanınmış insanların da sosial şəbəkələrə qarşı münasibətini bu formada ortaya qoyması onların haqlı olduğunu göstərir”
Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan Vatsapın istifadəçilərinin məlumatları artıq “Facebook”la paylaşılacaq.
Bununla bağlı müvafiq tələb votsap  tətbiqində yayımlanan yenilənmiş istifadəçi müqaviləsində bildirilib.  Sənəddə bildirilir ki, “Facebook” korporasiyasının bir hissəsi olan votsap bundan sonra istifadəçi məlumatlarını “Facebook”a məxsus digər tətbiqlərlə paylaşacaq. Bunun istifadəçilərin vərdişlərini və zövqlərini analiz etmək məqsədilə edildiyi deyilib.
Bu xəbərdən sonra Pavel Durov votsap istifadəçilərinin qurucusu olduğu “Telegram” messencerinə kütləvi axın etdiyini bildirib. Bununla mesajlaşma xidməti istifadəçilərə ən uyğun məzmunu və özəlləşdirilmiş xidmətləri təqdim edəcək. votsapın toplamaq niyyətində olduğu məlumatlar arasında coğrafi yerləşmə və “Facebook”a məxsus proqramların quraşdırılması və silinməsi barədə məlumatlar yer alır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gizlilik siyasətindəki dəyişiklik səbəbindən votsap messencerindən imtina edib. Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu Vatsap Feysbuka  fərdi məlumatların göndərilməsi barədə istifadəçiləri ilk dəfə xəbərdar etmir. 2016-cı ildə oxşar addım spamla mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə atılıb.
Yeniliyi “Sherg.az”a şərh edən internet-media eksperti Səbuhi Abbasovun sözlərinə görə, son günlər vatsap  istifadəçiləri ilə bağlı müəyyən suallar yaranıb. Bu da Vatsapın mərkəz bürosundan bütün istifadəçilərə göndərilən bildirişlə bağlıdır:
“Həmin bildirişdə qeyd edilir ki, Vatsap kommersiya məqsədləri ilə müəyyən istifadəçilərin şəxsi seçimlərinə müdaxilə edəcək. Təbii ki, bu hadisə bir çox suallar doğurdu. Beləliklə, son 2 sutkada milyonlarla insan Vatsap tətbiqindən imtina etdi.
Artıq neçə illərdir, Feysbuk, instagram və vatsap istifadəçilərinin data bazası toplanılır. Bu dataların köməkliyi ilə kommersiya üçün müxtəlif reklam tipli məhsulların təqdimatı həyata keçirilir.
Artıq bu gün Vatsap  istifadəçilərinin şəxsi məlumatlarının ötürülməsi ilə bağlı ciddi suallar yaranıb. Bu sualların hər biri də haqlıdır. Dünyada baş verən proseslər nəticəsində sosial şəbəkələrin idarəetmə mexanizmində tətbiq olunan müəyyən qayda-qanunlar qəbul olunur.
Burada hər hansı bir sosioloji sorğu və istifadəçilərin istəyi nəzərə alınmır. Şirkət rəhbərliyi birmənalı şəkildə öz kommersiya maraqlarına uyğun olaraq qayda-qanunlar müəyyən edir.
Bunun  da nəticəsində milyonlarla insan digər sosial şəbəkələrə üstünlük verdilər. Ölkə rəhbərlərinin, tanınmış insanların da sosial şəbəkələrə qarşı münasibətini bu formada ortaya qoyması onların haqlı olduğunu göstərir.
İstənilən şəxsi məlumatların üçüncü tərəfə ötürülməsi istifadəçilərin razılığı ilə olmalıdır. Bu razılıq olmadan Vatsap istifadəçilərinin şəxsi məlumatlarının ötürülməsi təbii ki, böyük bir təhlükənin və fəsadların olacağından xəbər verir” .