Köçəryan seçkiyə qatılacağını bəyan etdi

0
32

Bu yaz Ermənistanda etirazların aktivliyi qalxa bilər.

VOİCEPRESS xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, indiki hakimiyyət sevinməlidir ki, müxalifət əvvəldən siyasi mübarizə metodu seçib:

“Əgər siyasi proseslərə ümid ölürsə, onda bütün proseslər başqa mənbəyə keçir”.

Köçəryan növbəti seçkidə (növbədənkənar parlament seçkisi nəzərdə tutulur – red.) iştirak edəcəyini deyib:

“Öz komandamla iştirak edəcəm və qalib gələcəyik”.