İrəvandan yeni təxribat həmləsi

0
48

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinin hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsinə gələcəyi barədə anons verib.

VOİCEPRESS xəbər verir ki, Arşakyan “artsax”a səfərində məqsədin “informasiya texnologiyaları sahəsində” əlaqələrin inkişafı məsələlərini müzakirə etmək olduğunu deyib.

Xatırladaq ki, Ermənistan rəsmiləri bir müddət əvvəl də Azərbaycanı təxribata çəkir, bütün vasitələrlə müharibəni qızışdırır və müxtəlif bəyanatlar verirdilər. Şuşada rəqs etməkdən tutmuş Şuşanın “paytaxta” çevrilməsi istiqamətində açıqlamalar, “yeni müharibə – yeni ərazilər” şüarı, Qarabağın qondarma qurumunun “müstəqilliyi” haqda mövqe və açıqlamalara hər zaman Azərbaycan həssaslıqla yanaşdığını açıqlamış və qarşı tərəfə xəbərdarlıqlar etmişdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan “Dəmir Yumruq”la qarşılaşdı və 44 gün ərzində darmadağın oldu.

İndi isə Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsinə Bakının razılığı olmadan səfər etməməsi barədə Prezident İlham Əliyev iki dəfə İrəvana xəbərdarlıq edib. Ancaq Ermənistan yenə də ərazi bütövlüyümüzü pozmağa, Azərbaycanın ərazisi daxilində qondarma quruma can verməyə çalışır.