İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk açıqlama

0
48

İrəvan və Bakının maraqlarına cavab verir.

VOICEPRESS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

“Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”, – Əliyev bildirib.