Ermənistanın Vətən Partiyasının üzvü Arsen Babayan müxalifət tərəfdarlarını birləşməyə və Baş nazir Nikol Paşinyanın Moskvaya uçuşuna imkan verməməyə çağırıb.
VOİCEPRESS xəbər verir ki, Babayan 11 yanvarda, saat 08.00-da Paşinyanın Rusiyaya uçmasına mane olmaq üçün İrəvanın “Zvartnots” aeroportunda olacağını deyib.
“Birləşin və biz vətənimizin ölümünün qarşısını alaq”, – deyə çağırış edən müxalifət təmsilçisi Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı iddia edib ki, Ermənistanın və “artsax”ın (?! – red.) əleyhinə olan istənilən qərar qeyri-legitim sayılacaq və lənətlənəcək.
Qeyd edək ki, 11 yanvarda Əliyev-Putin-Paşinyan görüşünün Moskvada baş tutacağı gözlənilir.