Gürcüstanda son sutkada 742 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

0
48

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  742 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

VOICPRESS-in xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  255 564, ölənlərin sayı isə 3 108 nəfərə çatıb.

Virusa yoluxanlardan 245 527 nəfərin sağaldığı bildirilir.