Ermənistan türk mallarına qadağa qoydu

0
16

Ermənistan bu gündən etibarən bir sıra türk mallarının ölkəyə gətirilməsinə qadağa qoyub.

VOICEPRESS xəbər verir ki, məhdudiyyətlərin müddəti 6 aydır.

Qeyd edək ki, bu qərar ölkənin Nazirlər Kabineti tərəfindən oktyabr ayında qəbul edilmişdi. O zaman Ermənistan hökuməti bəyan etmişdi ki, embarqo guya Ankaranın Qarabağ münaqişəsində Bakıya göstərdiyi dəstəklə bağlıdır.