Erməni deputata irad: Şuşi yox, Şuşa!

0
56

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

VOİCEPRESS məlumatına görə, K.Cəfərov bildirib:

“Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni deputatı müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtıdır. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, – deputat bildirib.