BMT diplomatı ABŞ-da ölü tapıldı

0
16

BMT diplomatı Manhettendəki mənzilində ölü tapılıb.

VOICEPRESS xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat yayıb.

Məlumata əsasən, ölən şəxs 38 yaşlı qadındır. Onun hansı ölkənin təmsilçisi olduğu bəlli deyil.

Qəzet diplomatın ən azı iki ildir bu mənzildə yaşadığını bildirib.

Polis hadisənin qətl olduğuna ehtimal verməyib.