ATƏT-in yeni sədri: Qarabağ münaqişəsinin həlli…

0
24

İsveç xarici işlər naziri Ann Linde 1 yanvar 2021-ci ildən etibarən bir il müddətinə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olub.

VOICEPRESS xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ann Linde bildirib ki, bu il İsveç öz gücünü Avropada təhlükəsizliyin qorunmasına, uzanan münaqişələrin həllinə, demokratiyanın möhkəmləndirilməsi və gender bərabərliyinə sərf edəcək.

“Sədr olaraq prioritetlərimiz ATƏT-in təməl missiyalarını qeyd etmək, Avropa təhlükəsizlik qaydalarını, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək və bölgəmizdəki münaqişələrin həllinə töhfə vermək olacaq. 14 yanvarda proqramımızı ətraflı şəkildə ATƏT Daimi Şurasına təqdim edəcəyəm”, – Linde bildirib.

Linde 2021-ci ilin əvvəlində gündəliyə təşkilatın daim diqqət göstərməsini tələb edən Belarus, Ukrayna, həmçinin Qarabağ ətrafında münaqişə və böhranların həlli məsələlərini daxil edəcəyini qeyd edib.