Ərdoğandan ölkəmizdəki türk hərbçilərə: Oradakı varlığınız…

0
16

Oradakı varlığınız ölkələrimiz arasındakı qardaşlığın nişanəsidir.

VOICEPRESS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə telefon vasitəsilə müraciətində bildirib.

“Azərbaycan Qafqaz İslam Ordusunu necə sevinclə qarşılamışdısa, dekabrın 10-da da Türkiyə Silahlı Qüvvələrini eyni həyəcanla qarşıladı”, – Ərdoğan qeyd edib.