Ərdoğan tarixi açıqladı: Kütləvi peyvəndlənmə…

0
32

İlkin mərhələdə 3 milyon doza Çin peyvəndi ölkəmizə gətirilib.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Alman peyvəndi ilə də bağlı razılaşma əldə etmişik. Danışıqlar davam edir. Rusiya və İngiltərənin peyvəndləri ilə bağlı prosesləri də izləyirik”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, cümə axşamı, yaxud cümə günündən etibarən kütləvi peyvəndlənməyə başlanılacaq.