“Türkiyə Azərbaycanda sadəcə hökümətlə yox, xalqla dərin ilişkilər qurmalı və…”

0
40
Yasəmən Qaraqoyunlu: Bu gün Türkiyə prezidenti sayın Ərdoğan Bakıya gəlir. Çox saylı görüşlərin və razılaşmaların olacağını gözləyirik. Bu gözləntilərimizlə bərabər, buradan bir daha söyləyirəm.
1. Azərbaycanda Türkiyə hərbi bazaları qurulmalıdır. Bu Qafqazda, Rusiya-İran-Ermənistan birliyinə qarşı dəngələrin qurulması deməkdir. 30 ildir ki, Qafqazlarda dəngələri  bu dövlətlər qurur və yönətir. Bu durum dəyişməlidir. Dəngələri biz qurmalıyıq, siyasi şərtləri biz diqtə etməliyik, biz yönəltməliyik. Çünki Qafqazın sakinləri də, sahibləri də bizik.  Duruma əl qoymamız milli təhlükəsizliyimiz acısından şərtdir.
2. Türkiyə-Azərbaycan konfederativ birliyi qurulmalıdır. Bu Qafqazda, Orta Doğuda və Avrasiyada siyasi, strateji, iqtisadi, kültür dəngələrini dərindən, bütün qatları ilə etkiləyəcəkdir. Yeni çağda, yeni Türk tarixinin başlanğıcı qoyulacaqdır.
3. Rusiya Qarabağdan çıxmalıdır. Bu bir işğaldır. Rusiyanın Qarabağda güclənməsinə qarşı mübarizə edilməlidir. Rusiya Qarabağdan çıxarılmalıdır. Uluslararası siyasətdə və stratejilərdə Avrasiyaçılıq, Türkiyə-Rusiya, Turan-Slavyan birliyi və əməktaşlığı, dialoq və konsolidasiyası projelərinə qarşı deyilik, lakin bu stratejilər Rusiyanın Qarabağı işğal etməsi, Qarabağda erməniləri möhkəmləndirməsi siyasəti üzərindən qurula bilməz, hərçənd ki, Rusiyanın sülhməramlı adı altında Qarabağın bir hissəsini işğal etməsi, burada erməniləri gücləndirməsi və hərbi bazalarını qurması Türk-Rus strateji əməktaşlığının tərkib hissəsi kimi təbliğ edilməyə cəhd göstərilir. Türkiyə-Rusiya strateji tərəfdaşlığı Qarabağın qeydsiz şərtsiz işğaldan azad edilməsi, Rusiyanın Qafqazdan çəkilməsi və dövlətlərarası bərabərhüquqlu əməktaşlıq əsasında qurulmalı deyilmi?
4. Qarabağın statusundan söhbət belə gedə bilməz. Bu yöndə aparılan bütün danışıqlar, beynəlxalq təşkilatların qərarları,  təkliflər, layihələr boykot edilməlidir. Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və qeydsiz şərtsiz erməni-rus işğallarından azad edilməlidir.
5. Ermənilər bircə halda Qarabağda yaşaya bilər ki, Ermənistan vətəndaşı olan türklər də Ermənistanda yaşasın. Bu təmin olunmayacağı halda, Əks halda Azərbaycanda,  Qarabağda bircə erməni belə yaşamamalıdır. Ümumiyyətlə mənim mövqeyim budur ki, Qafqazda bircə erməni belə qalmamalıdır və Ermənistan adlı dövlət olmamalıdır. Bizim savaşımız sadəcə Qarabağı erməni işğalından azad etmək deyil ki, Ermənistan adlı ikinci Rusiya dövlətini Qafqazdan silməkdir. Varsın getsin bu savaş 100 il çəksin. Bu savaşı zamana yayaraq, bir gün belə dayanmadan, sonuna qədər sürdürməmiz lazımdır.
6. Azərbaycanda daxili milli birliyi qorumalıyıq və beynəlxalq diplomatik danışıqlarda mövqelərimizi gücləndirməliyik.
7. Diasporumuzu gücləndirməliyik. Diaspor təşkilatlarımızla bütün dünyanı tor kimi sarmalıyıq və sadəcə savaşda deyil, diaspor siyasətində də, informasiya, təbliğat, təşbiqat sahəsində də  Erməniləri yenməliyik. Ümumiyyətlə, bütün sahələrdə ermənilər yenilgiyə uğradılmalıdır. Azərbaycan bu savaşda yalnız ordusu, əsgəri ilə deyil, bütün vətəndaşları, ailələri ilə səfərbər olunmalıdır.
8. Təcili olaraq Azərbaycanda dərin islahatlara başlanmalıdır. Azərbaycan dövlətçiliyinin düşmənləri Azərbaycanda hökümətdə, parlamentdə, güc strukturlarında, informadiya və təhsil strukturlarında, diplomatik korpuslarda, təhlükəsizlik sahəsində, dini sektorda cəmləşmiş 80 min Rusiya kolonu təmizlənməlidir. Azərbaycanda səfirlər, parlament hamsı dəyişməlidir.
9. Türkiyə Azərbaycan konfederasiyasi yeni düşüncəli və tarix zehniyyəti olan bir toplum qurmağı tələb edir. Təhsil, kültür, milli fəlsəfə sahəsində Rusiya və İran (fars) dəyərlərindən sıyrılmış, Türk tarix və kültürünə sarılmış bir toplum inşa etmək gərəkdir ki, bu da yeni bir təhsil və informasiya strategiyasının qurulmasından keçir. Bütün sahələrdə son 100 ildə həyata keçirilmiş  ruslaşma və iranlılaşma dayandırılmalı, türkləşmə prosesi başlanmalıdır.
10. Türkiyə Azərbaycanda  sadəcə hökümətlə yox, xalqla dərin ilişkilər qurmalı, toplumun ən dərin qatlarına qədər nüfuz edərək təşkilatlanmalıdır. Türkiyə Ermənistanda və Qafqazda güclənmək üçün Azərbaycanda güclənməlidir…
11. Savaş bitməmişdir. Savaşın yalnız bir mərhləsi bitmişdir. Qarabağ savaşı lokal savaş mərhələsindən qlobal savaş mərhələsinə qədəm qoymuşdur.
12. Qarabağ savaşı bütün Azərbaycanlıları və Türk dünyasını səfərbər olmağa sövq edəcəkdir. Qarabağ savaşı bir Türklük savaşıdır, bir Turan savaşıdır, Qafqaz savaşıdır, Orta Doğu savaşıdır, Avrasiya savaşıdır, Şərq -Qərb savaşıdır. Qarabağ savaşı siyasi aktivliyi yüksək olan bir vətəndaş və hərbi siyasi diplomatik bacarığı yüksək olan bir çevik hökümət və böyük milli ruhlu və platformalı,  prinsipial, peşəkar vətənpərvərlərin cəmləşdiyi yeni bir parlament tələb edir. Qarabağ savaşı yeni şüur, yeni fəaliyyət, yeni savaş, yeni insan tipi tələb edir.
13. Azərbaycan hökümətində, bütün  idarə etmə strukturlarında Türk və Türkiyə düşmənləri əsla görəvə alınmamalıdır.
Yazılmalı, sorğulanmalı dərdlərimiz çoxdur, mən ən önəmlilərini qeyd etdim. Siz bu siyahını artıra və genişləndirə bilərsiniz.