Rusiyada son sutkada daha 27 328 nəfər koronavirusa yoluxub

0
16

Rusiyada son sutka ərzində daha 27 328 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

VOICEPRESS-in verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 681 256 nəfərə çatıb.

Son sutka ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 47 391 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.