Muradov əsirlərin dəyişdirilməsindən danışdı

0
136

Azərbaycanın aidiyyəti orqanlarına 12 əsir təhvil verilib.

VOİCEPRESS xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, “hamıya hamı” prinsipi ilə əsirlərin mübadiləsi aparıldı”, – Muradov bildirib.

Muradov deyib ki, onun şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya çatdırılıb, 44 nəfər isə İrəvana gətirilib.